Turizm Özəl

Azərbaycana turist axını niyə azalıb?

Azərbaycana turist axını niyə azalıb?

Azərbaycana gələn turistlərin sayında gözlənilən artım baş verməyib. Turizm sahəsinin nümayəndələri bunu qlobal iqtisadi və siyasi proseslərlə əlaqələndirirlər.

Son dövrdə Azərbaycana gələn xarici turistlərin sayında gözlənilən dinamika müşahidə olunmur. Yay mövsümünün başlanmasına baxmayaraq, turizm sektorunda aktivlik əvvəlki illərlə müqayisədə daha zəif qiymətləndirilir.

Turizm sahəsi üzrə ekspert Rahib İsmayılov Demokrat.az-a bildirib ki, hazırda dünya turizm bazarında ümumi aktivlik aşağı səviyyədədir.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycana gələn turist axınına da təsir göstərir.

"Yay mövsümü başlasa da, gözlənilən turist artımı hələ formalaşmayıb. Bunun əsas səbəbləri iqtisadi və siyasi amillərlə bağlıdır. Dünyanın müxtəlif regionlarında davam edən gərginliklər insanların səyahət qərarlarına təsir edir".

Rahib İsmayılov qeyd edib ki, bəzi ölkələrdə alıcılıq qabiliyyətinin zəifləməsi də turizm bazarına mənfi təsir göstərən əsas amillərdəndir.

"Nəticədə həm xaricə səfərlərin sayı azalır, həm də Azərbaycana gələn turistlərin sayında zəifləmə müşahidə olunur".

Ekspert bildirib ki, hazırkı göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə də yüksək deyil.

Onun fikrincə, turizm bazarında gözləntilər hələ tam doğrulmayıb.

"Turizm sektorunun əvvəlki dinamikanı bərpa etməsi üçün əlavə vaxt və sabit beynəlxalq mühit lazımdır", – deyə Rahib İsmayılov vurğulayıb.

Leyla Turan

D
demokrat.az