Dünya

Lavrov iclasda söydü

Lavrov iclasda söydü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qatıldığı beynəlxalq tədbirdə gözlənilməz hərəkətlə gündəmə gəlib. Ukrayna böhranına həsr olunan dəyirmi masa iclasında çıxış edən baş diplomatın kameralar qarşısında söyüş söyməsi sosial mediada sürətlə yayılıb.

Hadisə rusiyalı nazirin Yəməndən olan media nümayəndəsini başqa dövlətin jurnalisti ilə səhv salması nəticəsində yaranıb. Sergey Lavrov etdiyi xətanı fərq etdikdən dərhal sonra əsəblərinə hakim ola bilməyərək kobud ifadə işlədib.

İclas iştirakçılarının təəccübünə səbəb olan bu addım qısa müddətdə dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Siyasi ekspertlər nazirin işlətdiyi qeyri-etik ifadənin jurnalistə qarşı deyil, məhz həmin an yaranan texniki anlaşılmazlığa reaksiya olduğunu bildirirlər.

Rusiya xarici siyasət idarəsinin rəhbəri bundan əvvəl də kəskin bəyanatları ilə diqqət mərkəzində olub. Sergey Lavrov Ukrayna lideri Volodimir Zelenskini "fürer" adlandırmış, rəsmi Kiyevi danışıqlar prosesini qəsdən pozmaqda günahlandırmışdı.

Rusiyalı nazir çıxışında Avropa İttifaqını da hədəf alıb. Baş diplomat Brüsselin atəşkəs çağırışlarının səmimi olmadığını, Avropanın bu fasilədən Ukrayna paytaxtında yeni hərbi koalisiya yaratmaq məqsədilə istifadə etdiyini iddia edib.

Demokrat.az

D
demokrat.az