Hadisə

Tovuzda avtomobil inəkləri vurub, aşdı — Xəsarət alanlar var

Tovuzda avtomobil inəkləri vurub, aşdı — Xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əsrik kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil qarşısına çıxan iki inəyi vurub, daha sonra idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(lent.az)

Dempkrat.az

NE
Nihadə Eyyubova