Maraqlı Özəl

Keçmişdə qadınlar bu sadə üsulla evi uzun müddət təmiz saxlayırdılar

Keçmişdə qadınlar bu sadə üsulla evi uzun müddət təmiz saxlayırdılar

Təmizlik suyuna əlavə edilən bir neçə damcı qliserin evdəki tozların qarşısını alır, səthləri parıldadır və növbəti təmizliyin vaxtını uzadır.

Demokrat.az bildirir ki, səthlərdə qoruyucu bir təbəqə yaradan qliserin statik elektriklənməni neytrallaşdırır. Bu xüsusiyyət sayəsində toz hissəcikləri mebellərə və döşəməyə yapışa bilmir, beləcə əşyaların üzəri uzun müddət təmiz qalır.

Eyni zamanda mikroskopik cızıqları dolduran bu maye laminat, taxta və şüşə səthlərə təbii bir parlaqlıq verir, pəncərələrdə su ləkələrinin yaranmasını əngəlləyir.

Effektli nəticə üçün bir vedrə ilıq təmizlik suyuna sadəcə bir çay qaşığı qliserin əlavə etmək kifayətdir. Artıq istifadə olunduqda səthlərdə yapışqanlıq yarana biləcəyi üçün dozaya diqqət etmək məsləhətdir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova