Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi ölkənin şimal-şərqində yerləşən Assam əyalətindəki "Corhat" aviabazasında eniş edərkən qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilmir. Hadisə yerinə xilasedici qruplar cəlb olunub və müvafiq tədbirlər həyata keçirilir. Hindistan Hərbi Hava Qüvvələrindən bildirilib ki, qəzanın səbəblərini və təfərrüatını dərindən araşdırmaq məqsədilə xüsusi istintaq komissiyası yaradılacaq.


