Hadisə

Göldə iki uşaq boğuldu

Göldə iki uşaq boğuldu

Göygöl rayonu ərazisində yerləşən göldə 2 azyaşlı boğulub.

Demokrat.az xəbər verir ki, vəfat edən uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, uşaqlar göldə çimərkən boğulub.

Faktla bağlı araşdırma başlanılıb.

Demokrat.az

NE
Nihadə Eyyubova