Jelibom kimi tanınan rəngli və şirin konfetlərin müntəzəm istifadəsi insan orqanizmi üçün çoxsaylı mənfi təsirlər yaradır. Bu məhsulların tərkibində yüksək miqdarda şəkər, süni rəngləndiricilər və dadlandırıcılar mövcuddur. Həmin maddələr xüsusilə uşaqların sağlamlığına ciddi ziyan vurur, diş çürüməsinə və piylənməyə səbəb olur.
Demokrat.az xəbər verir ki, mütəxəssislər bu növ qidaların allergik reaksiyalara yol açdığını bildirirlər. Jelibonların hazırlanmasında istifadə olunan süni boyalar uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı yarada bilər. Eyni zamanda tərkibindəki kimyəvi qatqılar həzm sisteminin fəaliyyətini pozur və immun sistemini zəiflədir.
Yəni, jelibonlar tamamilə şəkər və kimyəvi maddələrdən ibarətdir, uşaqların dişlərini xarab edir, allergiya və hiperaktivlik yaradır, bədənə heç bir faydası yoxdur.
İsmayıl Demokrat.az


