Dünya

Rusiyada da zəlzələ oldu

Rusiyada da zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində - Berinq adası akvatoriyasında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki qeydə alınmayıb, sunami təhlükəsi elan edilməyib.

Demokrat.az

NE
Nihadə Eyyubova