Kriminal Özəl

24 yaşlı oğlanla qeyri-rəsmi yaşayan qadın döyüldü

24 yaşlı oğlanla qeyri-rəsmi yaşayan qadın döyüldü

Bakının Xəzər rayonunda 24 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qala qəsəbəsi, Xaşaxuna bağ massivində baş verib.

Yardımlı rayon sakini, 2002-ci il təvəllüdlü Pərviz qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zülfiyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində qadının baş nahiyəsini divara vurub, onu yerə yıxaraq ayağı ilə hər iki qulaq nahiyələrinə və yumruğu ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova