Kriminal Özəl

Azərbaycanda qeyri-adi cinayət — Oğul anasını qəribə səbəbə görə döydü

Azərbaycanda qeyri-adi cinayət — Oğul anasını qəribə səbəbə görə döydü

Qusar rayonunda 39 yaşlı kişi anasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 19-da rayonun kəndlərindən birində baş verib. Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Zeynal sərxoş vəziyyətdə yaşadığı kənddə yerləşən mağazada satıcı kimi işləyən anası Zibeydədən (adlar şərtidir – red.) spirtli içki olan araq məhsulunu istəyib.

Bu zaman aralarında baş vermiş mübahisə zəminində o, anasının üz nahiyəsinə əl-qol zərbələri ilə vurub və nəticəsində ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Zeynalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 19-da, səhər saatlarında yaşadığı kənddə yerləşən qardaşı Cəmilə məxsus olan mağazaya gedib və spirtli içki alıb:

“Həmin arağı içdikdən sonra eyni tarixdə təxminən saat 16:30-da təkrar həmin mağazaya gedərkən orada satıcı kimi işləyən anam Zibeydə mənə mane oldu. Ona görə də spirtli içkini almaq məqsədilə aramızda yaranış mübahisə zəminində anamın üz nahiyəsinə əl-qol zərbələr ilə vurdum”.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Zeynal 1000 manat miqdarında cərimə olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova