Bağçalardakı ilbizlərə qarşı effektiv təbii məhlul resepti açıqlanıb.
Demokrat.az xəbər verir ki, nəmli havalarda çoxalan bu canlılardan kimyəvi maddəsiz qorunmaq mümkündür. Hazırlanan sprey yarpaq bitləri və bir çox zərərvericiyə qarşı effektivdir. Təbii Spreyin Hazırlanması Məhlulu hazırlamaq üçün qab yuyan maye, doğranmış qırmızı soğan, 3 diş sarımsaq və 1 ədəd xalapeno bibərini ilıq su ilə qarışdırıb 12 saat gözləmək kifayətdir. Süzüldükdən sonra sprey kimi istifadə edilə bilər.
Vacib: Qarışığı bitkilərə tətbiq etməzdən əvvəl su ilə durulaşdırmaq (seyrəltmək) lazımdır. İstifadə Qaydası Məhlulu səhər tezdən və ya günəş doğmadan əvvəl bitkilərə püskürtməklə ilbizləri bağçadan uzaqlaşdırmaq mümkündür.
Jalə Demokrat.az


