Şou-biznes Özəl

İbrahim Tatlısesin keçmiş xanımı siyasətə qoşulur — FOTO

İbrahim Tatlısesin keçmiş xanımı siyasətə qoşulur — FOTO

Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız siyasi fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, Ayşegül Yıldız Milliyyətçi Hərəkat Partiyasına (MHP) üzv olub.

Uzun müddətdir mediadan uzaq həyat sürən Yıldız bu qərarını iyunun 5-də Türkiyə Böyük Millət Məclisində keçirilən MHP-nin qrup toplantısında iştirak etdikdən sonra sosial şəbəkə hesabında açıqlayıb. Partiyaya qoşulan Ayşegül Yıldız Ankara səfəri çərçivəsində MHP sədri Dövlət Baxçalı ilə görüşüb. O, həmçinin Anıtkabiri ziyarət edərək Mustafa Kamal Atatürkün məzarı önünə gül dəstəsi qoyub.

Ayşegül Yıldız sosial şəbəkə hesabında paylaşdığı videoda Dövlət Baxçalının çıxışını tarixi və dönüş nöqtəsi kimi dəyərləndirib. O, MHP İstanbul il rəhbərliyi və rayon təşkilatlarının nümayəndələri ilə birlikdə toplantıya qatıldığını bildirib.

İbrahim Tatlısesin keçmiş xanımı siyasətə qoşulur — FOTO

Yıldız partiya sıralarına qoşulmasını müqəddəs amal uğrunda fəaliyyət kimi xarakterizə edərək, bundan sonra İstanbul üçün qətiyyətlə çalışacaqlarını vurğulayıb. O, həmçinin Anıtkabir ziyarəti zamanı Atatürkün yolunu davam etdirəcəklərinə söz verdiklərini qeyd edib.

Qeyd edək ki, Ayşegül Yıldız 2011–2013-cü illərdə İbrahim Tatlıseslə evli olub. Boşanmadan sonra daha çox şəxsi həyatı ilə gündəmə gələn Yıldızın MHP-yə üzv olması onun siyasi arenada atdığı ilk ciddi addım kimi qiymətləndirilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova