Cəmiyyət

“Qala Həyat”dan asan sığorta haqqı hesablanması

“Qala Həyat”dan asan sığorta haqqı hesablanması

“Qala Həyat” Sığorta Şirkəti ASC müştərilər üçün sığorta xidmətlərini daha əlçatan və rahat etmək məqsədilə onlayn kalkulyator xidmətini təqdim edir.

Şirkətdən Demokrat.az-a verilən məlumata görə, artıq sığorta haqqının məbləğini öyrənmək üçün əlavə vaxt itirməyə, növbələrdə gözləməyə və ya çoxsaylı zənglər etməyə ehtiyac yoxdur.

“Qala Həyat”ın onlayn kalkulyatoru vasitəsilə istifadəçilər bir neçə kliklə sığorta ödənişlərini sürətli və şəffaf şəkildə hesablaya bilərlər.

Xidmət müştərilərə sığorta seçimlərini daha rahat qiymətləndirməyə və maliyyə planlamasını əvvəlcədən aparmağa imkan yaradır.

Rəqəmsal həllərin tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Onlayn kalkulyator vasitəsilə sığortalanma prosesinin ilkin mərhələsini daha operativ şəkildə həyata keçirmək mümkündür.

Daha ətraflı məlumat almaq istəyənlər şirkətin Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında yerləşən ofisinə müraciət edə və ya 1540 qaynar xətti, həmçinin (012) 404 77 74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Demokrat.az

D
demokrat.az