Rusiyanınməsuliyyətsiz davranışıbizim hamımız üçün təhlükədir.
“BBC“nin xəbərinə görə, bunu NATO Baş katibi Mark Rutte Rusiyanın Rumıniya ərazisinə dron hücumuna münasibət bildirərkən deyib.
O, Rumıniya prezidenti Nikusor Danla əlaqə saxladığını və onu NATO-nun müttəfiq ölkələrin ərazilərinin hər qarışını müdafiə etməyə hazır olduğu barədə əmin etdiyini bildirib.
Rutte NATO-nun öz müdafiəsini gücləndirəcəyini və Ukraynanı dəstəkləməyə davam edəcəyini əlavə edib.
Qeyd edək ki,Rumıniyanın şərqində yerləşən Qalaç şəhərindəRusiyaya məxsuspilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar var.(APA)
Demokrat.az


