Kriminal Özəl

"Binə" ticarət mərkəzinin sanitar qovşağında qadın döyüldü

Binə ticarət mərkəzinin sanitar qovşağında qadın döyüldü

“Binə” Ticarət Mərkəzində 43 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki sanitar qovşaqda baş verib.

Biləsuvar rayon sakini, 1983-cü il təvəllüdlü Tural həmin yerdə qeyri-rəsmi münasibətdə olduğu Sayalı (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış sözlü mübahisə zamanı o, Sayalının üz nahiyəsindən yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ifadələrindən məlum olub ki, onların arasında barışıq əldə edilib. Bu səbəbdən də zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova