Türkiyənin ən uzunömürlü televiziya layihələrindən biri olan Arka Sokaklar serialı bitir.
Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
Məlumata görə, Eşref Rüya serialının gözlənilmədən final qərarı almasından sonra, televiziya kanalının digər uzunömürlü layihəsi olan “Arka Sokaklar” üçün də eyni qərar verilib.
Qeyd olunur ki, istehsalını D Media şirkətinin həyata keçirdiyi serialın 21-ci mövsümü ilə bağlı hazırlıq işləri dayandırılıb.
İddialara əsasən, qəbul olunan qərar bu gündən etibarən aktyor heyətinə də bildirilib.
İsmayıl Demokrat.az


