Texnologiya Özəl

Evində notbuku olanların diqqətinə!

Evində notbuku olanların diqqətinə!

XDA nəşrinin mütəxəssisləri kompüterdə SSD yaddaş qurğusunun istifadə müddətini artırmağın yollarını açıqlayıblar.

Demokrat.az xəbər verir ki, məzmunun müəllifi Samarvir Singh bildirib ki, SSD kompüterin ən vacib komponentlərindən biridir və cihazın ümumi işləmə müddəti birbaşa onun vəziyyətindən asılıdır. O, SSD-ni qəfil nasazlıqlardan qorumaq və resursunu artırmaq üçün bir neçə tövsiyə verib.

Mütəxəssis ilk növbədə Windows sistemində TRIM funksiyasını aktivləşdirməyi məsləhət görüb. Bildirilib ki, bu funksiya SSD-nin işini optimallaşdıraraq performansın qorunmasına kömək edir.

Bundan əlavə, hər iki həftədən bir SMART diaqnostikasının aparılması tövsiyə olunur. Bu üsul yaddaş qurğusunda yaranan mümkün xətaları əvvəlcədən aşkarlamağa imkan verir.

SSD-yə düşən yükü azaltmaq üçün ehtiyat nüsxələrinin bulud servisində və ya əlavə diskdə saxlanılması da məsləhət görülüb. Məqalədə qeyd olunub ki, arxiv fayllarının saxlanılması üçün SSD əvəzinə ənənəvi sərt diskdən istifadə etmək daha məqsədəuyğundur.

Mütəxəssis həmçinin SSD temperaturunun kritik həddi keçməməsinə nəzarət etməyi vacib hesab edib. Onun sözlərinə görə, kompüterdə “sleep mode” funksiyasının deaktiv edilməsi də yaddaş qurğusunun aşınmasını azalda bilər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova