Dünya

İran bu ölkəni “ikinci İsrail” elan etdi

İran bu ölkəni “ikinci İsrail” elan etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə göstərdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər.

Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikri İran parlamenti sədrinin sözçüsü Əlirza Səlimi deyib.

O bildirib ki, Əbu-Dabi “İsrailin iqtisadi qanadı” rolunu oynayır.

Səlimi həmçinin qonşu ölkəni ABŞ və İsrailin maraqları istiqamətində hərəkət etməkdə ittiham edib.

Demokrat.az

NE
Nihadə Eyyubova