Sağlamlıq Özəl

Alimlər nöqtəni qoydu — Ən sağlam ət növü açıqlandı

Alimlər nöqtəni qoydu — Ən sağlam ət növü açıqlandı

Dünyanın ən sağlam protein mənbəyi ilə bağlı aparılan müzakirələrə son qoyulub. Alimlər və dietoloqların rəyinə görə, orqanizm üçün ən faydalı qida növü balıqdır. Yüksək keyfiyyətli protein və Omeqa-3 yağ turşuları ilə zəngin olan bu məhsul ürək-damar sisteminin əsas qalxanı hesab olunur.

Demokrat.az xəbər verir ki, qırmızı ət və toyuqla müqayisədə balığın tərkibində doymuş yağın xeyli az olması onu uzunömürlülüyün sirrinə çevirir. Omeqa-3 yağ turşuları "pis" xolesterini azaldır, damarların elastikliyini bərpa edir və infarkt riskini minimuma endirir.

Mütəxəssislər həftədə ən azı iki dəfə balıq istehlak etməyi məsləhət görürlər. Hər balıq növünün isə özünəməxsus şəfası var:

  • Somon və uskumru: Beyin fəaliyyətini gücləndirir, iltihabı aradan qaldırır.

  • Kilkə və sardalya: Sümük sağlamlığı üçün vacib olan kalsium və D vitamini deposudur.

  • Alabalıq: Həzmi asanlaşdıran ən yüngül protein mənbəyidir.

Balıq həmçinin psixoloji sağlamlığa da müsbət təsir edir. Müntəzəm balıq yeyən şəxslərdə depressiya riski azalır və diqqət dağınıqlığı aradan qalxır. Maksimum səmərə üçün sobada bişirmə, buğlama və ya manqal üsullarına üstünlük verilməlidir.

Yəni, sağlam qalmaq və ürəyi qorumaq üçün qırmızı əti balıqla əvəz etmək, bişirmə zamanı isə yağdan uzaq durmaq şərtdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova