Kriminal Özəl

20 manat borcunu verə bilmirdi, indi hər ay maaşından pul tutulacaq

20 manat borcunu verə bilmirdi, indi hər ay maaşından pul tutulacaq

Bakıda avtobus dayanacağında işləyən nəzarətçilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 4-də Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllə ünvanında baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əsəd həmin gün saat 13:00-da əvvəllər tanıdığı Məmmədlə (adlar şərtidir – red.) borcunu qaytarması ilə bağlı onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əsəbiləşib, onun üz nahiyyəsinə yumruq zərbəsi vurub.

İş üzrə izahat verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məmmədlə bir yerdə işləyir, avtomobil dayanacağında nəzarətçi kimi çalışırlar: “Ondan borc pul aldım. Dedim ki, bir-iki günə qaytaracam. Sonra aramızda münaqişə yarandı və onu vurdum”.

Zərərçəkmiş Məmmədin sözlərinə görə, Əsəd ondan 20 manat pul istəyib: “Mən də verdim. Dedi ki, 1-2 günə pulunu qaytaracaq. Sonra ondan pulunu istədim. Bu zaman bildirdi ki, indi qaytara bilmir, bir-iki günə qaytaracaq. Sonra pula ehtiyacım olduğu üçün yenidən ondan pulumu tələb edəndə aramızda mübahisə yarandı və Əsəd məni vurdu. Mən də polisə məlumat verdim”.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əsəd aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova