Hadisə

Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR

Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Demokrat.az xəbər verir ki,bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

*** 08:28

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Oxu.Az-ın məlumatına görə, əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

*** 07:57

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in aviadəstəsinin helikopterləri cəlb olunub.

Bu barədə Oxu.Az xəbər verir.

*** 07:43

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarlar müxtəlif şirkətlərə aiddir.

Oxu.Az-ın məlumatına görə, hazırda kabel xətlərinin yerləşdiyi hissədə güclü yanğın müşahidə edilir.

*** 07:36

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində başlayan yanğının ilkin səbəbi məlum olub.

Demokrat.az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdilir. Əraziyə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib.

*** 07:19

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Demokrat.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının digər anbarlara keçməsinin qarşısını almağa çalışırlar.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib. (oxu.az)

*** 07:06

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

*** 06:41

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Demokrat.az bu barədə FHN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

*** 06:27

Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb.

Demokrat.az xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında böyük anbar yanır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Demokrat.az

Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi — CANLI/FOTOLAR

NE
Nihadə Eyyubova