ABŞ Prezidenti Donald Tramp hazırda mütəxəssislərin hantavirus infeksiyasını yaxından izlədiyini bildirib. Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında bu virusun yayılma sürətinin narahatlıq doğurmadığını vurğulayıb.
Demokrat.az xəbər verir ki, Trampın sözlərinə görə ilkin müşahidələr vəziyyətin nəzarət altında olduğunu göstərir. O qeyd edib ki hantavirus COVID-19 ilə müqayisədə insandan insana daha çətin yoluxur.
Prezident bu sahədə uzunmüddətli təcrübəsi olan ekspertlərin araşdırma apardığını diqqətə çatdırıb. Mütəxəssislər infeksiyanın xüsusiyyətlərini və təhlükə dərəcəsini dərindən öyrənməyə davam edirlər.
Demokrat.az


