İspaniyanın paytaxtı Madrid şəhərində yaşayan Azərbaycan vətəndaşı Səbuhi Qasımov vəfat edib.
Demokrat.az-ın məlumatına görə, bir neçə ildir İspaniyada məskunlaşan həmyerlimiz uzun müddətdir əziyyət çəkdiyi ağır xəstəlik səbəbindən dünyasını dəyişib. S.Qasımov peşəkar fəaliyyəti dövründə Polşa və İspaniyada yerləşən müxtəlif beynəlxalq maliyyə qurumlarında məsul vəzifələrdə çalışıb.
Mərhumun ikiyaşlı bir qızı var. (qafqazinfo)
Demokrat.az


