Dünya Özəl

İran müharibəsi bitirmi? — Trampdan açıqlama

İran müharibəsi bitirmi? — Trampdan açıqlama

ABŞ prezidenti Donald Tramp İranla bağlı müharibənin başa çatma ehtimalının çox yüksək olduğunu bildirib.

Demokrat.az ABŞ mediasına istinadən xəbər verir ki, Tramp ABŞ-ın razılaşmaya yaxınlaşdığını hiss etdiyini deyib:

"Amma daha əvvəl də onlarla bağlı belə hisslərim olub, buna görə də nə baş verəcəyini görəcəyik”.

O əlavə edib ki, İranla razılaşma əldə olunarsa, sanksiyalar yüngülləşdirilə bilər.

Tramp “New York Post” nəşrinə açıqlamasında İranla üzbəüz sülh danışıqları aparmaq üçün hələ çox tez olduğunu deyib. Pakistan səfəri ilə bağlı suala cavab verən Tramp belə bir səfərin hazırda mümkün olmadığını vurğulayıb:

“Düşünmürəm. Bu, çox uzaq ehtimaldır”.

Tramp “Truth Social” sosial şəbəkəsində isə yazıb ki, İran razılaşdırılmış şərtləri qəbul edərsə, artıq geniş rezonans doğuran “Epik qəzəb” əməliyyatı və tətbiq olunan blokada dayandırılacaq. O qeyd edib ki, bu halda Hörmüz boğazı İran da daxil olmaqla bütün tərəflər üçün açıq olacaq. Əks halda isə bombardmanların daha yüksək səviyyədə və intensivliklə yenidən başlayacağı barədə xəbərdarlıq edib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova