Dünya Özəl

Ukrayna PUA-sı Qazaxıstana düşdü — VİDEO

Ukrayna PUA-sı Qazaxıstana düşdü — VİDEO

Qazaxıstanın Aktobe vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Demokrat.az "Mash" Telegram kanalına istinadən xəbər verir ki, PUA aprelin 29-da Bakı vaxtı ilə səhər saat 07:30 radələrində Orenburq vilayəti ilə sərhədə yaxın Alimbetovka kəndi ərazisinə düşüb.

Yerli sakinlər ərazidə dronun yerə çırpılması nəticəsində güclü səs eşitdiklərini, daha sonra isə obyektin düşdüyünü gördüklərini bildiriblər. Hadisə yerinə Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. Hazırda PUA-nın mənşəyi və hadisənin detalları ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, eyni vaxtlarda Rusiyanın Orenburq vilayətində Ukraynaya aid dron hücumları barədə məlumatlar yayılıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova