Hadisə

Naxçıvanda qəza: yaralılar var

Naxçıvanda qəza: yaralılar var

Naxçıvanda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.

Hadisə Naxçıvan-Sədərək magistralının Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)

Demokrat.az

NE
Nihadə Eyyubova