Dünya

Ərdoğan göz yaşlarını saxlaya bilmədi — VİDEO

Ərdoğan göz yaşlarını saxlaya bilmədi — VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan23 aprel Milli Suverenlik və Uşaq Günü münasibətilə Prezident Kompleksində uşaqları qəbul edib.

Qəbul zamanı Kırklarelidən gələn və “Bayraq” şeirini oxuması ilə tanınan balaca Gülsuvə onun böyük qardaşı da iştirak edib.

Görüş milli təhsil naziri Yusif Tekin tərəfindən təşkil olunub.Mərasimdə Gülsununşeir oxuduğu video nümayiş etdirilərkən onun böyük qardaşı emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Prezident Ərdoğan isə uşağı qucaqlayaraq,ona təsəlli verib.

Daha sonra oğlanPrezidentin yanında “Minarələr süngü” şeirini əzbərdən oxuyub. Həmin an salonda duyğusal atmosfer yaranıb və Ərdoğanın da təsirləndiyi müşahidə olunub.

Görüntülər zamanı Prezident Ərdoğanın da gözlərinin dolduğu, emosional anlar yaşadığı diqqət çəkib. (Qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova