Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayanRəsul Quliyevin qızı Xanım Quliyeva bir müddət öncə 30 ildən sonra Bakıya gəldi. O, gəlişi zamanı işğaldan azad olunmuş ərazilərə səfər etdi, yaxınlarının, doğmalarının məzarlarına baş çəkdi.
Eks-spiker Rəsul Quliyevin özünün Azərbaycana gəlməyi planlaşdırıb-planlaşdırmadığı isə maraq doğurur. Bir müddət əvvəl onun belə bir istəyinin olduğu barədə xəbər yayılmışdı.
Demokrat.az xəbər verir ki, Modern.azbununla əlaqədar olaraq, eks-spikerin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu ilə əlaqə saxlayıb.
Partiya sədri bir sıra suallarımızı cavablandırıb.
- Ağasif bəy, Rəsul Quliyev Azərbaycana gəlməyi planlaşdırırmı?
- "Rəsul bəyheç vaxt ölkəyə qayıtmağı planlaşdırmayacaq" demək olmaz. Mən Rəsul Quliyevlə demək olar ki, hər gün danışıram. Rəsul bəyin, hələ ki belə bir niyyəti, planı yoxdur. Ötən ilin oktyabr ayında onun ailə üzvləriBakını, işğaldan azad olunmuş əraziləri ziyarət etdilər, Qarabağda görülən işlərlə tanış oldular. Eləcə də, öz doğmalarının, yaxınlarının məzarlarını ziyarət ediblər. Azərbaycan vətəndaşı kimi onların arabir ölkəyə gəlib-getmələri konstitusion hüquqlarıdır. Bunun üçün hər hansı məhdudiyyətyoxdur.
- Partiyanın fəaliyyətinə Rəsul Quliyevin təsiri necədir, ondan məsləhətlər alırsınızmı?
- Təşkilatımız qurulandan Rəsul müəllim Gələcək Azərbaycan Partiyasının fəxri sədri və üzvü seçilib. Partiyanın qurulmasından bu yana onu özümə müəllim hesab edirəm.Təbii ki, zərurət olduğu halda məsləhət də alıram, o da istiqamət verir. Müstəqil Azərbaycan Respublikasının qurulmasında müstəsna rolu olan, parlamentin ilk sədrlərindən olmuş şəxsdən təlimat və tövsiyələr almaq mənim üçün çox dəyərlidir. Çünki o, Azərbaycanı sevən, müstəqil Azərbaycanın qurulmasında, güclənməsində ümumilli lider Heydər Əliyevin yanında olmuş şəxsdir.

- Rəsul Quliyev Azərbaycanın yürütdüyü siyasəti necə qiymətləndirir?
- Rəsul müəllim Azərbaycan dövlətininyürütdüyü siyasəti dəstəkləyir, yüksək qiymətləndirir. 2023-cü ilin növbədənkənar qurultayındaqarşıda gələn növbədənkənar seçkilərlə bağlı qərarımız vardı.Rəsul müəllimin qurultaya ünvanladığımüraciətlə Gələcək Azərbaycan Partiyasının da prezidentliyə namizədi Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev olub.Biz qalib gəlmiş namizədimizin ətrafında sıx birləşmişik. Cənab Prezidentin daxili və xarici siyasətini sözün hər mənasında dəstəkləyirik.Rəsul müəllim isə istər regional, istərsə də dünya siyasətində, istərsə də ölkədaxili siyasətdə ölkə başçısı İlham Əliyevin apardığı qətiyyətli siyasəti birmənalı olaraq dəstəkləyir.
- Zaman-zaman partiyaların birləşməsi ilə bağlı müzakirələr gedir. Gələcək AzərbaycanPartiyasının Yeni Azərbaycan Partiyası ilə birləşməsi mümkündürmü?
- Biz hər zaman ölkədaxili milli birliyin tərəfdarı olmuşuq. Hər zaman həmrəyliyin, sağlam siyasi rəqabətin tərəfdarı olmuşuq. Gələcəkdə nəyin necə olacağını baş verəsi siyasi proseslərdən asılı olduğunu hesab edirəm. Bu, dövlətimiz, millətimiz, xalqımız üçünfayda vermiş olarsa, hər bir siyasi partiya zəruri qərar verməyə məcburdur. Amma biz müxalif partiyayıq. Sağlam, konstruktiv müxalifətik vəzəruri olan haldadövlətimizin və prezidentimizin yanındaolduğumuzu dəfələrləbəyan etmişik. Hesab edirəm ki, bugünkü Azərbaycan reallığında sualınızın gerçəkləşdiriləsi üçün obyektiv və subyektiv səbəblər yoxdur.
Demokrat.az


