Biznes Özəl

"Zara"nın sahibi dünyanın ən böyük əmlak maqnatına çevrildi

Zaranın sahibi dünyanın ən böyük əmlak maqnatına çevrildi

Məşhur geyim brendlərinin sahibi olan Amansio Orteqa qazandığı pulları dünyanın ən bahalı binalarına və ofislərinə yatıraraq daşınmaz əmlak sahəsində dünyanın bir nömrəli investoruna çevrilib.

Demokrat.az xəbər verir ki, "Inditex" qrupunun rəhbəri və dünyanın ən zəngin şəxslərindən biri olan Amansio Orteqa daşınmaz əmlak bazarında mütləq liderliyə yüksəlib. İspaniyalı milyarder son qiymətləndirmələrə görə, hazırda planetin ən böyük əmlak portfelinə sahib olan investoru hesab edilir.

İş adamının mülklərinin ümumi dəyəri təxminən 25 milyard dollar (21,2 milyard avro) həcmindədir. Onun geniş portfelinə dünyanın müxtəlif metropollarında yerləşən 200-dən çox strateji obyekt daxildir. Orteqa "Zara", "Pull&Bear" və "Oysho" kimi brendlərdən əldə etdiyi dividendləri əsasən iri şəhərlərdəki nüfuzlu ofis binalarına və kommersiya mərkəzlərinə yatıraraq sərvətini daha da artırıb.

90 yaşlı milyarder son dövrlər investisiya coğrafiyasını genişləndirərək beynəlxalq əhəmiyyətli korporativ qərargahlara və texnologiya nəhənglərinin istifadə etdiyi binalara üstünlük verir. Uzunmüddətli və sabit qazanca önəm verən Orteqa həmçinin enerji, rabitə və infrastruktur layihələrinə də böyük vəsaitlər ayırır. Onun bu yanaşması bazarda risklərdən qaçan və etibarlı gəlir mənbələrinə malik investor obrazını möhkəmləndirib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova