Sosial

Xalq artistinin məzarından video

Xalq artistinin məzarından video

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib.

Mərhum sənətkarın məzarından çəkilən video qısa zamandageniş yayılıb. Paylaşılan kadrlarda sənətkarın uyuduğu məkan əks olunub və bu görüntülər izləyicilər arasında böyük maraq doğurub.

Videoya çoxsaylı istifadəçilər tərəfindən rəylər yazılıb. İzləyicilərSəyavuş Aslanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq onu ehtiramla yad ediblər. Bir çoxları mərhum aktyoru "yumor ustası", "təkrarolunmaz sənətkar" kimi xarakterizə edib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə onun yaratdığı obrazların hələ də yaddaşlarda yaşadığını vurğulayıblar. Paylaşımlarda aktyorun filmlərindən sitatlar gətirənlər də az olmayıb.

Qeyd edək ki, Səyavuş Aslan Azərbaycan teatrı və kinosunda özünəməxsus üslubu, xüsusilə yumoristik rolları ilə geniş tamaşaçı sevgisi qazanmış sənətkarlardan biri olub. Onun xatirəsi bu gün də sənətsevərlər tərəfindən hörmətlə anılır. (milli.az)

Demokrat.az

NE
Nihadə Eyyubova