Kofe səhər içkiləri arasında lider sayılır, amma hər orqanizm üçün uyğun deyil.
Bu barədə telekanalda çıxışı zamanı nutrisioloq Natalya Zaytseva danışıb.
Onun sözlərinə görə, kofeinə genetik həssaslığı olan şəxslər kofedən uzaq durmalıdır. Bunu xüsusi testlə yoxlamaq mümkündür, amma bədənin verdiyi siqnallar da kifayət qədər aydın olur. Kofe qəbulundan sonra ürəkdöyünmə, baş ağrısı, yuxusuzluq və əsəbilik yaranırsa, bu, uyğun gəlmədiyini göstərə bilər.
Kofe həmçinin yüksək təzyiqdən əziyyət çəkənlər, bəzi qadın xəstəlikləri olanlar və xroniki stress yaşayanlar üçün də məsləhət görülmür. Belə hallarda insanlar enerjini artırmaq üçün kofeyə üz tutur, amma nəticə əks effekt verə bilər.
Alternativ olaraq daha faydalı və yumşaq təsirli içkilər seçmək mümkündür.
Bitki çayları yaxşı seçim sayılır. Nanə, çobanyastığı və ya zəncirotu əsəb sistemini sakitləşdirir, eyni zamanda həzmi dəstəkləyir.
Yaşıl çay güclü antioksidant mənbəyidir və iltihab əleyhinə təsir göstərir. Amma onu da həddindən artıq qəbul etmək olmaz, çünki tərkibindəki taninlər dəmir və kalsiumun mənimsənilməsinə mane ola bilər.
Matcha diqqəti və konsentrasiyanı artıran içkilərdən hesab olunur. Tərkibində az miqdarda kofein olsa da, antioksidantlarla zəngindir.
Kakao və Keçibuynuzu da yaxşı alternativlər sırasındadır. Şirin dadı ilə seçilən bu məhsullar vitamin və minerallarla zəngindir, həm uşaqlar, həm də yüksək təzyiqi olanlar üçün daha təhlükəsiz hesab olunur.
İsmayıl Demokrat.az


