Avto Özəl

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR

Beynəlxalq yol standartları ekoloji layihələr və sosial məsuliyyət tədbirləri çərçivəsində yeni yol nişanları ilə zənginləşir. Avropadan Asiyaya qədər bir çox yollarda rast gəlinən bu yeni simvollar sürücülər arasında çaşqınlıq yaratsa da, hər birinin tətbiqi mühüm təhlükəsizlik səbəbləri ilə bağlıdır.

Demokrat.az xəbər verir ki, sürücülərin əksəriyyətinin mənasını ilk baxışda anlamadığı həmin nişanlar bunlardır.

Qum çiçəyi

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR

Fransada təbiət parkları və meşə yollarında rast gəlinən bu nişan ekoloji maarifləndirmə məqsədi daşıyır. Cərimə tətbiq edilməsə də, bu işarə sürücüləri sürəti azaltmağa, yersiz səs siqnallarından qaçmağa və ətrafa zibil atmamağa çağırır. Ekspertlər belə ərazilərdə sürətin azaldılmasının vəhşi heyvanlarla toqquşma riskini xeyli azaltdığını bildirir.

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR
Dörd qara nöqtə

Hindistanın Benqaluru şəhərində tətbiq edilən ağ fondakı dörd qara nöqtə görmə məhdudiyyətli insanların hərəkəti barədə xəbərdarlıq edir. Brayl əlifbasından ilhamlanan bu simvol sürücüləri görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş məktəb və ya mərkəzlərin yaxınlığında daha diqqətli olmağa sövq edir.

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR
Ağ romb

Fransa və Almaniya yollarında sınaqdan keçirilən göy fondakı ağ romb fiquru xüsusi nəqliyyat qrupları üçün ayrılmış zolaqları bildirir. Bu nişan olan zolaqlardan yalnız bir neçə nəfərin olduğu avtomobillər, elektromobillər, taksilər və ya ictimai nəqliyyat vasitələri istifadə edə bilər. Fransada bu qaydanı pozanları 135 avro məbləğində cərimə gözləyir.

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR
Ağ R hərfi

Böyük Britaniya və İspaniyada yayılan yaşıl fondakı böyük ağ R hərfi çox vaxt magistral yoldan çıxış nişanı ilə qarışdırılır. Əslində isə bu işarə "Ring Road", yəni dairəvi yol mənasını verir. Şəhər mərkəzinə girmədən kənar yollarla hərəkət etmək istəyən sürücülər bu trayektoriyanı izləməlidir.

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR
Üç sərnişin işarəsi

Almaniyada tətbiq edilən və daxilində üç sərnişin silueti olan nişan avtomobil paylaşımını təşviq edir. Bu işarənin olduğu yerlərdə salonunda ən azı üç nəfər olan minik avtomobilləri ictimai nəqliyyat zolağından istifadə edə bilər. Məqsəd tıxacları azaltmaq olsa da, bu qayda hələ bütün şəhərlərdə geniş yayılmayıb.

Qəribə yol nişanları: Sürücülərin çoxu bilmir — FOTOLAR
Qadın fiquru

Polşa və İtaliyanın meşəlik ərazilərində rast gəlinən qadın silueti və fənər dirəyi olan nişan dünyanın ən qeyri-adi yol nişanlarından sayılır. Bu işarə həmin ərazilərdə piyada hərəkətinin intensivliyi və sürücülərin qəfil dayanmaları səbəbindən yarana biləcək zəncirvari qəzaların qarşısını almaq məqsədi güdür. Yerli asayiş keşikçiləri bu yolla sürücüləri gözlənilməz vəziyyətlərə qarşı xəbərdar edirlər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova