Hadisə

Bu rayonda temperatur mənfi 12 dərəcəyədək endi

Bu rayonda temperatur mənfi 12 dərəcəyədək endi

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Demokrat.az APA-ya istinadən, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.

D
demokrat.az