Avto Özəl

"Ölü dövr" bitdi, maşın bazarında canlanma başlayır — AÇIQLAMA

Ölü dövr bitdi, maşın bazarında canlanma başlayır — AÇIQLAMA

Avtomobil bazarında son dövrdə qiymət və tələbatla bağlı müəyyən dəyişikliklər müşahidə olunur. Bəzi xarici və yerli modellərin qiymətində artım qeydə alınsa da, bazarda müəyyən endirimlər və kampaniyalar da mövcuddur. Hələlik bazar tam canlanmayıb və ölü vəziyyət hiss olunur, lakin yaz mövsümü yaxınlaşdıqca satışlarda yüngül canlanma ehtimalı var.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, hazırda avtomobil bazarında vəziyyət mövsümi olaraq durğunluq xarakteri daşıyır.

"Qış aylarında həm sahibkarların, həm də vətəndaşların avtomobil alma potensialı azalır ki, bu da dünya miqyasında qəbul edilmiş bir norma sayılır. Yaz aylarına doğru isə bazarda müəyyən aktivlik olsa da, hələlik yüksək deyil".

Ölü dövr bitdi, maşın bazarında canlanma başlayır — AÇIQLAMA

Ekspert bildirib ki, bazarda durğunluğun digər səbəbləri idxal olunan nəqliyyat vasitələrinin sayının azalmasıdır.

"Xüsusilə Çindən gətirilən hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq olunan əlavə dəyər vergisi və aksiz gömrük rüsumları idxalı yavaşladıb. Dizel yanacağının qiymətinin benzinə yaxınlaşması isə dizel mühərrikli avtomobillərə marağı azaldıb və bu seqmentdə satışlar xeyli azalıb. Nəticədə hibrid və dizel avtomobillərin idxalında müşahidə olunan azalmalardan bazarda durğunluq yaranıb. Buna baxmayaraq ikinci əl avtomobillərə maraq artır. Ənənəvi markaların satışında son altı ayla müqayisədə canlanma müşahidə olunur. Eyni zamanda utilizasiyaya yönələcək köhnə və istifadəyə yararsız avtomobillərin satışı da bazarda aktivlik yaradıb. Qəbul edilmiş qaydalara əsasən ölkənin bir çox rayonunda bu proses başlayıb və utilizasiya bazarı kifayət qədər genişlənib, bu isə bazara müsbət təsir göstərir".

Həmçinin oxu: Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır Nə mal, nə qoyun: Ən sağlam ət növü budur Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçir

Ekspertin sözlərinə görə, digər tərəfdən, bazarda hələ də kreditləşmə problemi mövcuddur.

"Faiz dərəcələri 50%-dən yüksəkdir, lizinq şərtləri sərtdir və bu, vətəndaşların avtomobil alma imkanlarını məhdudlaşdırır. Problemlər nəticəsində istehlakçıların yarıdan çoxu problemli kredit ödəyicilərinə çevrilib ki, bu da bazara əlavə çətinlik yaradır. Nəticədə bazarın vəziyyəti tam ölü deyil, amma ötən ilin eyni dövrü ilə müqayisədə kifayət qədər aşağıdır. Bununla belə, ikinci əl ənənəvi markalar və utilizasiya bazarında ciddi canlanma müşahidə olunur ki, bu da bazara müsbət impuls verir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova