Sumqayıtda minlərlə abonent qazsız qalacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Demokrat.az-a verilən məlumata görə, şəhərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, qaz tənzimləyicisi üzərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sumqayıtın 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, eləcə də 1, 2, 5 və 6-cı mikrorayonlarında yaşayan abonentlərin qaz təminatı dayandırılacaq.
Qazın verilməsi bu gün saat 11:00-dan etibarən məhdudlaşdırılacaq və təxminən 30 min abonenti əhatə edəcək.
Qurumdan qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Demokrat.az


