Çin avtomobilləri, xüsusilə də BYD-lər yağışda problem yaşayıb.
Demokrat.az-ın məlumatına görə, yağışda dərin sulara girsələr də, növbəti gündən etibarən problemlər üzə çıxmağa başlayıb.
Bu barədə görüntüləri ustalar sosial şəbəkələrdə paylaşıblar. Onlar bildirib ki, yağışdan sonra artıq xeyli BYD servisə müraciət edərək mühərrikin işə düşmədiyini deyirlər.
Qeyd edək ki, ümumilikdə dərin sulardan keçmək yerə daha yaxın asqı sistemi olan, hava girişi aşağıda olan bütün maşınlar üçün risklidir.
@elektromobilservis0İsmayıl Demokrat.azsuyun neticesi
♬ оригинальный звук - İlqar


