İqtisadiyyat

Qızıl yenidən bahalaşdı

Qızıl yenidən bahalaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətləri bahalaşıb.

Demokrat.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçersləri 2,62% artaraq 4 524,3 ABŞ dollarına çatıb.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçersləri də 2,74% bahalaşaraq 69,796 ABŞ dolları təşkil edib.

Demokrat.az

NE
Nihadə Eyyubova