Hadisə

Bəxtiyar Hacıyevi təhdid edən şəxsi tutuldu — RƏSMİ

Bəxtiyar Hacıyevi təhdid edən şəxsi tutuldu — RƏSMİ

Bakı polisi tərəfindən Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında araşdırma aparılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Demokrat.az-averilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

D
demokrat.az