Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin mart ayı üzrə şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət naziri Adil Kərimli Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
Demokrat.az xəbər verir ki, qəbuldan əvvəl Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.










