Tanınmış türk tarixçisi İlber Ortaylı vəfat edib.
Demokrat.az-ın məlumatına görə 78 yaşında dünyasını dəyişən tarixçi son günlər sağlamlıq problemləri ilə əlaqədar reanimasiya şöbəsində müalicə alırdı. Ailəsindən verilən açıqlamada onun vəziyyətinin kritik olduğu bildirilmişdi.
İlber Ortaylı Osmanlı və Türkiyə tarixi üzrə apardığı tədqiqatlarla tanınır, bir çox kitab və məqalənin müəllifi kimi oxucular arasında məşhurluq qazanıb. O, uzun illər universitetlərdə dərs deyib, həmçinin Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb.
Demokrat.az


