Mədəniyyət

Azərbaycanlı professor 100 yaşında vəfat etdi

Azərbaycanlı professor 100 yaşında vəfat etdi

Tarix elmləri doktoru, professor Xəlil Köçərli 100 yaşında vəfat edib.

Demokrat.az-ın məlumatına görə bu barədə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, ailənin ən böyük üzvlərindən biri olan əmisi, tanınmış alim Xəlil Köçərli dünyasını dəyişib. Nigar Köçərlinin sözlərinə görə mərhum bu il 100 illik yubileyini qeyd etməli idi və həyatını Azərbaycan tarixinin araşdırılmasına həsr etmişdi.

Qeyd edək ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəy rayonunda anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən yarım əsr professor kimi fəaliyyət göstərib.

Alim xüsusilə Qarabağ tarixinin araşdırılması istiqamətində apardığı elmi işlər və yazdığı məqalələrlə tanınıb. Onun araşdırmaları Azərbaycan tarixşünaslığında mühüm yer tutur.

Demokrat.az

NE
Nihadə Eyyubova