Cəmiyyət

Hərbi qulluqçuların maaşları artırıldı

Hərbi qulluqçuların maaşları artırıldı

Azərbaycanda hərbi qulluqçuların və Müdafiə Nazirliyində çalışan mülki heyətin aylıq vəzifə maaşları yenilənib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla müvafiq tarif məbləğlərində dəyişiklik təsdiqini tapıb.

Demokrat.az-ın məlumatına görə sənədə əsasən yeni qaydalar təkcə hərbi qulluqçuları deyil, həmçinin dövlət qulluqçusu statusu daşımayan mülki işçilərin də maaş sistemini əhatə edir. Qəbul edilmiş dəyişikliklər cari ilin yanvar ayının 1-dən qüvvəyə minib və həmin tarixdən etibarən hesablanaraq tətbiq olunur.

Maaşların konkret hansı dərəcələr üzrə nə qədər artacağı və yeni tarif cədvəlinin detalları açıqlanmayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova