Mədəniyyət

Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul martın 14-ü saat 10:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.

D
demokrat.az