Dünya

"Hizbullah" İsrailin aviabazasını vurduğunu bildirib

Hizbullah İsrailin aviabazasını vurduğunu bildirib

Livanın "Hizbullah" hərəkatı İsraildə hərbi obyektə raket zərbəsi endirdiyini açıqlayıb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, təşkilatın silahlı qanadı paytaxt Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin Ben-Qurion Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi hava bazasını hədəfə alıb.

Hücum zamanı yüksəkdəqiqlikli raketlərdən istifadə olunub. Raketlərin, həmçinin Təl-Əvivdən təxminən 24 km şərqdə yerləşən Ramla şəhərindəki hərbi bazanın komanda məntəqəsinə də düşdüyü iddia edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova