Sağlamlıq Özəl

Səhər ürəkbulantısı gizli xəstəliyin əlaməti ola bilər

Səhər ürəkbulantısı gizli xəstəliyin əlaməti ola bilər

Səhər saatlarında tez-tez müşahidə olunan ürəkbulanma çox vaxt həzm sistemi problemləri ilə əlaqələndirilir, lakin bəzi hallarda daha ciddi xəstəliklərin xəbərçisi ola bilər. Həkim-laborant Olqa Malinovskaya bildirir ki, bu simptom nadir hallarda ürək çatışmazlığı və ya qalxanvari vəzinin fəaliyyətindəki pozuntulardan qaynaqlana bilər.

Demokrat.az bildirir ki, ürəkbulanmasının ən çox rast gəlinən səbəbləri arasında qastrit, xora, reflüks, pankreatit və öd kisəsi iltihabı kimi həzm sistemi xəstəlikləri yer alır.

Eyni zamanda şəkərli diabetdən əziyyət çəkən şəxslərdə karbohidrat mübadiləsinin pozulması da bu əlamata səbəb ola bilər. Əgər ürəkbulanma ilə yanaşı ağız quruluğu, şiddətli susuzluq və səhər tezdən yorğunluq hiss edilirsə, bu diabetin göstəricisi ola bilər.

Bəzi dərmanların, xüsusilə dəmir həbləri, antibiotiklər və antidepressantlar, acqarına qəbul edildikdə mədədə narahatlıq yaradır. Həmçinin uzunmüddətli aclıqdan sonra yaranan ürəkbulanma, adətən yeməkdən sonra keçir.

Həkim vurğulayır ki, əgər ürəkbulanma mütəmadi xarakter alırsa, səbəbi dəqiq müəyyən etmək üçün mütəmadi tibbi müayinə vacibdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova