Sağlamlıq Özəl

102 yaşlı balerina vəfat etdi

102 yaşlı balerina vəfat etdi

Məşhur sovet balerinası, Rusiyanın xalq artisti Ninel Petrova 102 yaşında dünyasını dəyişib. Bu barədə Mariinski teatrının rəsmi Telegram kanalı məlumat yayıb.

Demokrat.az bildirir ki, sənətçinin martın 7-də vəfat etdiyi bildirilsə də, ölümün səbəbləri barədə ətraflı məlumat verilməyib.

Ninel Petrova 1944-cü ildə Leninqrad Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Mariinski teatrının truppasına qoşulub. O, 1968-ci ilə qədər teatrın səhnəsində çıxış edib. Səhnə karyerasını başa vurduqdan sonra isə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Balerina Lev Laputinin "Maskarad", Leonid Yakobsonun "Əbədi bahar" və Aram Xaçaturyanın "Spartak" baletlərində yaddaqalan obrazlar yaradıb. Mariinski teatrının kollektivi sənətkarı xüsusi ehtiramla yad edərək bildirib:

"Müharibədən sonrakı Leninqrad üçün o, əslində bahar rəmzinə çevrilmişdi. Tamaşaçıları özünün toxunan incəliyi, rəqsin poeziyasını çatdırmaq bacarığı, inanılmaz plastikası və qüsursuz akademik ifası ilə heyran etmişdi".

Sənətkarın xatirəsi onun yaratdığı incəsənət nümunələrində yaşamağa davam edir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova