Dünya Özəl

İranın müharibəni davam etdirmə gücü açıqlandı

İranın müharibəni davam etdirmə gücü açıqlandı

İranın mövcud ballistik raket ehtiyatı hazırkı zərbələrin intensivliyi fonunda cəmi bir neçə gün yetərli ola bilər. Bu barədə The Wall Street Journal (WSJ) Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, son günlər İranın ballistik raket buraxılışlarının sayı azalmağa başlayıb. Adı açıqlanmayan Qərb rəsmisi bildirib ki, hazırkı temp davam edərsə, Tehranın raket ehtiyatı yalnız bir neçə günlük hücum üçün kifayət edə bilər. Bununla belə, hücumların azalması İranın resurslarını daha uzun müddətə saxlamaq məqsədilə istehsalı və buraxılışları şüurlu şəkildə məhdudlaşdırması ilə də bağlı ola bilər.

Digər mənbənin sözlərinə görə, hücumların intensivliyinin enməsi eyni zamanda ABŞ və İsrailin İranın raket buraxılış qurğularına və istehsal müəssisələrinə endirdiyi zərbələrin nəticəsidir. Bu zərbələr Tehranın müasir raket sistemlərindən istifadə imkanlarını məhdudlaşdırıb.

Bununla yanaşı, Qərb mənbələri qeyd edir ki, İran daha ucuz və kütləvi istifadə edilə bilən sistemlər – xüsusilə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumları davam etdirmək potensialını qoruyur.

Hazırda bölgədə gərginlik yüksək olaraq qalır və tərəflərin hərbi imkanları ilə bağlı qiymətləndirmələr davam edir.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova