Maraqlı Özəl

Həftənin şanslı bürcləri açıqlandı

Həftənin şanslı bürcləri açıqlandı

Bu həftə göy üzündə mühüm hərəkətlilik müşahidə olunur. Martın 2-də Mars Balıq bürcünə keçir, ayın 3-də isə Qız bürcündə Ay tutulması baş verir. Bu hadisələr bürclərin həyatında həm emosional, həm də praktiki dəyişikliklərə yol açacaq.

Qoç

Həftənin ilk günlərindən etibarən daxili səsinizə qulaq asmalı olacaqsınız. Marsın Balıq bürcünə keçidi sizi hərəkətə keçməzdən əvvəl bir qədər durub düşünməyə vadar edəcək. Tələsik qərarlar verməkdən qaçınmaq faydalıdır.

Buğa

Sosial çevrənizdə canlanma hiss olunacaq. İnsanlarla münasibətlərdə daha həssas və anlayışlı yanaşma nümayiş etdirəcəksiniz. Dostluq əlaqələrində empati ön plana çıxır.

Əkizlər

Karyera və gələcək planlarınızla bağlı məsələlər gündəmdədir. İntuisiyalarınız bu dövrdə sizə doğru yolu göstərə bilər. İş həyatında daha duyğusal qərarlar verə bilərsiniz.

Xərçəng

Həyata baxış bucağınız və inanclarınız daha mərhəmətli bir müstəviyə keçir. Marsın mövqeyi sizdə mənəvi dəyərlərə meyli artıracaq. Yeni biliklər öyrənmək üçün yaxşı zamandır.

Şir

Maliyyə məsələlərində və böhranlı anlarda hisslərinizə güvənin. Maddi paylaşımlar və ortaq büdcə ilə bağlı mövzularda ehtiyatlı, eyni zamanda uzaqgörən olmaq lazımdır.

Qız

İkili münasibətlər və tərəfdaşlıqlar həftənin əsas mövzusudur. Bu sahədə sərhədlər bir qədər dumanlı ola bilər. Münasibətlərdə şəfqətli davranmaq hər şeyi asanlaşdıracaq.

Tərəzi

Gündəlik iş rejimi və sağlamlıqla bağlı daha elastik olmalısınız. Planlarınızda dəyişikliklər yarana bilər. Stressdən uzaq durmaq üçün işlərinizi zamana yayın.

Əqrəb

Eşq həyatınızda və yaradıcılıq işlərinizdə intuisiyanız zirvəyə çatacaq. Həyatdan zövq almaq üçün yeni yollar tapacaqsınız. Hobbilərinizə vaxt ayırmaq sizə enerji verəcək.

Oxatan

Ailə daxili münasibətlər və ev mühiti həssaslıq tələb edir. Yaşayış sahənizdə bəzi yeniliklər və ya emosional söhbətlər baş tuta bilər. Evinizdə hüzur axtarışında olacaqsınız.

Oğlaq

Ünsiyyət dilinizdə və düşüncə tərzinizdə böyük yumşalma hiss olunacaq. Yaxın çevrənizlə olan əlaqələriniz daha səmimi hal alır. Fikirlərinizi ifadə edərkən daha anlaşılan olacaqsınız.

Dolça

Maliyyə məsələlərində diqqətli olmağınız tövsiyə edilir. Gəlir və xərclərinizi tənzimləyərkən yalnız rəqəmlərə deyil, həm də daxili hisslərinizə arxalanın.

Balıq

Marsın sizin bürcünüzə keçməsi enerji və motivasiyanızı artırır. Özünüzü daha gümrah hiss edəcək və yarımçıq qalmış işlərinizi tamamlamaq üçün güc tapacaqsınız.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova