Dünya

Hindistanda təcili yardım təyyarəsi qəzaya düşdü: Ölənlər var

Hindistanda təcili yardım təyyarəsi qəzaya düşdü: Ölənlər var

Hindistanın Carkhand ştatında sanitar aviasiya təyyarəsi qəzaya uğrayıb.

Demokrat.az-ın Reuters agentliyinə istinadən yaydığı məlumata görə, təyyarə yanğın nəticəsində xəsarət alan pasiyenti paytaxt Nyu-Delhiyə çatdırmaq üçün uçuş həyata keçirirmiş.

Hindistanın Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, Redbird Airways şirkətinə məxsus “Beechcraft C90” tipli hava gəmisi Rançi şəhərindən havaya qalxdıqdan az sonra əlverişsiz hava şəraiti səbəbindən istiqamətini dəyişməyə cəhd edib. Qısa müddət sonra isə təyyarə ilə əlaqə və radar siqnalları itib.

Bir qədər sonra hava gəmisinin qəzaya uğradığı təsdiqlənib.

Hadisə nəticəsində göyərtədə olan iki ekipaj üzvü, yaralı şəxs və onu müşayiət edən yaxınları da daxil olmaqla ümumilikdə yeddi nəfər həyatını itirib.

Faktla bağlı araşdırma başlanılıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova