Ramazan ayının gəlişi ilə iftar süfrələri qurulmağa başlayıb. Türkiyəli dietoloq Gökçe Kitiz sağlam qidalanmaq üçün diqqət edilməli olan məqamları bölüşüb.
Demokrat.az xəbər verir ki, iftarda su, xurma və zeytunla başlamaq orqanizm üçün əhəmiyyətlidir. Dietoloq bildirir ki, yüngül şorbalara üstünlük verilməlidir. Uzun müddət ac qalan bədən üçün qaymaqlı və ağır şorbalar həzm problemləri yarada bilər. Şorba ilə əsas yemək arasında 10 dəqiqə fasilə vermək həzm prosesi üçün olduqca faydalıdır.
Əsas yemək kimi az yağlı proteinli qidalar və sulu ev yeməkləri seçilməlidir. Şirniyyat mövzusunda isə miqdara nəzarət etmək vacibdir. Şərbətli şirniyyat yeyilərsə, iki tikə ilə kifayətlənmək lazımdır. Süd əsaslı şirniyyatların payı isə bir qədər böyük ola bilər. Süfrədə mütləq salat və Ramazan fətiri olmalıdır.
Maye qəbulu ilə bağlı xəbərdarlıq edən mütəxəssis çay və qəhvənin suyun yerini vermədiyini vurğulayıb. İftardan sahura qədər təxminən 2 litr suyu az-az içmək tövsiyə olunur.
Sahurda isə ağır, yağlı və xəmir xörəklərindən qaçmaq lazımdır. Bunun əvəzinə yumurta, pendir, tam buğda və ya çovdar çörəyi, təzə tərəvəzlərdən ibarət səhər yeməyi daha uyğundur. Belə qidalanma həm gün boyu toxluq yaradır, həm də mədə sağlamlığını qoruyur.
İsmayıl Demokrat.az


